Dolların məzənnəsində geriləmənin davam edəcəyi gözlənilir
![Dolların məzənnəsində geriləmənin davam edəcəyi gözlənilir Dolların məzənnəsində geriləmənin davam edəcəyi gözlənilir](/uploads/posts/2017-04/1493105976_4c36c07e-c30e-4217-94e7-21a03563e6a3_292.jpg)
"Ag ev"in inzibatı-büdcə idarəetmə sisteminin direktoru Mik Malveyni (Mick Mulvaney) "mən düşünürəm ki, sabah biz müəyyən əsas prinsiplərin və gələcək planların nə olacağını eşidəcəyik. Vergi dərəcələrinin nə qədər olacağı da açıqlana bilər. Amma, heç kim yeni qanun layihəsi gözləməsin. Çünki, biz özümüz bunu istəmirik", - deyib.
"Report"un analitik qrupu sabahkı çıxışdan sonra dolların bir qədər də ucuzlaşacağını proqnozlaşdırır. Hazırda 1,0870 USD/EUR səviyyəsində olan avro/dollar cütlüyünün məzənnəsi 1,10 USD/EUR həddinə yaxınlaşa bilər. Belə olarsa, bütün dünya valyutalarında möhkəmlənmə müşahidə olunacaq.
897 dəfə oxundu