Azercell-in prezidenti Bakı Mühəndislik Universitetində tələbələrlə görüşüb

DİA.AZ xəbər verir ki, Vahid Mürsəliyev tələbələrə öz həyat yolu və Azercell-in 21 illik fəaliyyəti haqqında da məlumat verib. Görüşün sonunda şirkət prezidenti tələbələr tərəfindən ona ünvanlanan sualları cavablandırıb.
Qeyd edək ki, Azercell Telekom ilə Azərbaycanın müxtəlif ali təhsil ocaqları arasında sıx əməkdaşlıq mövcuddur. Bakı Dövlət Universiteti, Xəzər, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Gəncədə Azərbaycan Texnologiya Universiteti, Lənkəran Dövlət Universiteti əməkdaşlıq memorandumları imzalanıb . Əməkdaşlıq çərçivəsində tələbələrin peşəkar inkişafı, innovasiya və sahibkarlıq sahələrinə cəlb olunmasına, eləcə
də universitetlərin elmi-texniki və tədris bazasının inkişaf etdirilməsinə dair müxtəlif layihələr həyata keçirilir.
875 dəfə oxundu