Azercell XXV "TİBO-2018" sərgisində ölkəmizi təmsil edi

GUNDEMİNFO.AZ xəbər verir ki, Belarusun baş naziri Andrey Kobyakov və digər rəsmi şəxslər sərgiyə təşkil olunan VİP tur çərçivəsində Azərbaycan Milli Pavilyonuna baş çəkərək, ölkəmizin İKT sahəsində əldə etdiyi yeniliklərlə yaxından tanış olublar. Dünyanın 15 ölkəsindən 100-dən çox şirkətin öz məhsullarını təqdim etdiyi sərgi-forum informasiya texnologiyaları sahəsində yeni nailiyyətlər və qabaqcıl təcrübə mübadilə üçün qlobal platforma hesab olunur. "TİBO-2018" sərgisini dövlət idarəetmə orqanları, elmi-tədqiqat və tədris müəssisələri, müxtəlif iqtisadi sahələr və mülkiyyət formalı müəssisələrin 18 000-dən çox nümayəndəsi ziyarət edib.
Qeyd edək ki, Azercell dəfələrlə ölkəmizi beynəlxalq sərgi və konfranslarda uğurla təmsil edərək nüfuzlu mükafatlara layiq görülüb.
782 dəfə oxundu