MTRŞ-da yeni vəzifə yaradılacaq

MTRŞ-da yeni vəzifə yaradılacaq

Milli Televiziya və Radio Şurasında (MTRŞ) yeni vəzifə yaradılacaq. Bunu “Report”un sorğusuna cavab olaraq Şuranın Aparat rəhbəri Asəf Hacıyev deyib. O bildirib ki, bu, MTRŞ sədrinin köməkçisi vəzifəsidir.

A.Hacıyev qeyd edib ki, həmin vəzifəni tutmaq üçün elan olunan daxili müsahibəyə sənəd qəbulu artıq başa çatıb: “Namizədlərlə bağlı məlumat Dövlət İmtahan Mərkəzinə təqdim olunub”. Aparat rəhbəri qeyd edib ki, may ayının sonuna kimi MTRŞ sədrinə köməkçi təyin olunacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
693 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...