Sabah “Naxçıvan open-2019” Beynəlxalq Şahmat Festivalına start veriləcək

Sabah “Naxçıvan open-2019” Beynəlxalq Şahmat Festivalına start veriləcək

Mayın 1-də Naxçıvan şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən “Naxçıvan open-2019” Beynəlxalq Şahmat Festivalına start veriləcək.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, festival çərçivəsində “A” (2250-dən yuxarı reytinqli şahmatçılar), “B” (2250-dən aşağı) və “C” (uşaqlar) turnirləri təşkil ediləcək. Festivalda 14 ölkədən 354 şahmatçının iştirakı gözlənilir.
Mayın 10-dək davam edəcək festival çərçivəsində bir-birindən maraqlı tədbirlər keçiriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
725 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...