Nazirlərin üçtərəfli danışıqları jurnalistlərin davası və zarafatla başladı - FOTOLAR
Azərbaycan, Rusiya və İran xarici işlər nazirləri arasınd Bakıda başlayan üçtərəfli danışıqlardan əvvəl jurnalistlərlə insident yaşanıb. Virtualaz.org xəbər verir ki, nazirlər danışıqlar masasının arxasına keçəndə 70-yə yaxın jurnalist onları əhatəyə alıb və suallar yağdırmağa çalışıb. Bu zaman mühafizəçilərlə jurnalistlər arasında çəkişmə yaşanıb, habelə jurnalistlər öz aralarında az qala dava salacaqdılar.
![Nazirlərin üçtərəfli danışıqları jurnalistlərin davası və zarafatla başladı - Nazirlərin üçtərəfli danışıqları jurnalistlərin davası və zarafatla başladı -](/uploads/posts/2016-04/1460020542_img2049229.jpg)
Mühafizəçilər jurnalistləri birtəhər zaldan çıxarıblar. Nazirlər isə fotoreportyorların onları lentə aldıqları dəqiqələrdə bir-birləri ilə zarafatlaşıblar. “Mən artıq bu üçtərəfli görüşlərə alışmağa başlayıram”-İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün səhər nazirlərin üçtərəfli formatda işgzar səhər yeməyinə eyhamla bildirib. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov isə jurnalistləri sakitləşdirməyə çalışıb: “Danışıqların yekunu olaraq bizim əhatəli bəyanatımız olacaq, ona görə də mətbuat konfransını gözləyin”.
Rusiya xarici işlər naziri Sergey Lavrov isə onu çəkən jurnalistlərə eyhamla deyib : “Nə vaxt əlimi burnuma aparsam onda çəkirlər”.
Nazirlərin kefi yerində olub və öz aralarında zarafatlaşıblar. Xatırladaq ki, üçtərəfli görüş əvvəlcədən planlaşdırılmışdı, Azərbaycan, İran və Rusiya arasında üçtərəfli əməkdaşlıq, Şimal-Cənub nəqliyyat dəhlizi və digər mövzular müzakirə olunmalıydı.
Lakin Qarabağda başlayan döyüşlər Bakı görüşündə bu münaqişənin də mərkəzi mövzuya çevrilməsinə səbəb oldu.
1005 dəfə oxundu