Əli Əsədov kadr islahatlarına başlayıb

Əli Əsədov kadr islahatlarına başlayıb

Yeni təyin olunan Baş Nazir Əli Əsədov Nazirlər Kabinetində kadr islahatlarına başlayıb.

“Report”un əldə etdiyi məlumata görə, Ə.Əsədovun müvafiq əmri ilə Nazirlər Kabinetinin İşlər müdiri Adil Əhmədov, Baş Nazirin köməkçiləri Tofiq Sarıcalinski və Natiq Əzizov vəzifələrindən azad ediliblər.
Həmin vəzifələrə hələlik yeni təyinat olmayıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin oktyabrın 8-də imzaladığı sərəncamla Əli Əsədov Baş Nazir təyin edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
687 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...