BP Azərbaycanı tərk edir? - "Reuters"dən ŞOK XƏBƏR

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı az əvvəl “Reuters” agentliyi “Rystad Energy” şirkətinin analitiki Parul Kopraya istinadən yayıb. “Rystad Energy” şirkətinin analitiki qeyd edib ki, Anqola ilə yanaşı, BP-nin Azərbaycan, Oman, Birləşmiş Ərəb Əmirlikləri və İraqdan çıxacağı gözlənilir.
“Reuters” xəbər verir ki, BP bərpa olunan enerjiyə daha çox sərmayə yatırmaq istədiyi üçün 3 layihədəki iştirak payını satmağa hazırlaşır. Bildirilir ki, BP-nin yeni baş icraçı direktoru Bernard Looney bunu 12 fevral 2020-ci il tarixində Londondakı çıxışı zamanı dilə gətirib. Strategiya iyul ayında BP İdarə heyətinin iclasında müzakirə edilib. Xəbərdə göstərilir ki, xam qiymətlər bir barrel hətta 65- 70 dollara qədər yüksəlsə də, BP satmağa hazırlaşdığı payını yenidən kəşfiyyat planlarına qaytarmamalıdır və bunun əvəzinə daha yaxşı bazar şərtlərindən istifadə etməlidir.
BP-nin yeni strategiyası 2030-cu ilə qədər neft və qaz hasilatını 40% və ya gündə ən azı 1 milyon barel azaltmaq planından ibarətdir.
942 dəfə oxundu