İsfəndiyar Vahabzadə Əli İnsanovun yanından gedib? - ‘"Mənim atamın bir misrası..."

Məlumata görə, Haqq-Ədalət Partiyasının ikinci siması sayılan İsfəndiyar Vahabzadə təşkilatı tərk etmək qərarına gəlib. O, HƏP-in dar dairədə keçirilən toplantısında ortaya çıxan münaqişə zamanı belə bir ifadə işlədib – ‘’Mənim atamın bir misrası sizin bütün şəxsiyyətinizdən daha böyükdür’’...
Mənbə bildirir ki, HƏP-lə faktiki olaraq yollarını ayırmış İsfəndiyar Vahabzadədən israrla xahiş olunub ki, bu faktı ictimailəşdirməsin: “Partiya sənədlərini qeydiyyat üçün Ədliyyə nazirliyinə verib və bu səbəbdən də Əli İnsanov bütün gücü ilə çalışır ki, Vahabzadənin gedişi hələlik bəyan edilməsin. İsfəndiyar Vahabzadə HƏP-in qeydiyyatı müraciətinə hər hansı cavab verilənə qədər susmağa razılaşıb”.
Mənbəmiz deyir ki, HƏP-in qeydiyyata alınacağı gözləniləndir, Əli İnsanov tərəfdarlarına deyib ki, bu məsələdə iqtidarla danışıqlara gedib və görünən budur ki, HƏP yaxın zamanlarda qeydiyyata alınacaq.
Musavat.com
573 dəfə oxundu