““Təpəgöz”ü misal göstərəndə Rusiyanı nəzərdə tuturdum” - Tahir Kərimli

Gundeminfo.az bildirir ki, bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli bir neçə həftə əvvəl sosial şəbəkələrdə yayılan videosu və ona qarşı edilən təhdid barədə danışarkən deyib.
Deputat bildirib ki, onun bu çağırışları xalqından ötürüdür: "Təəssüflər olsun ki, xalqda mənə qarşı mənfi fikir formalaşdırdılar. 30 il əvvələ aid videomu paylaşıb deyirlər ki, Tahir yazıq Əbülfəz Elçibəyin əleyhinə çıxış edib. Amma mən yazıq dedikləri Elçibəyə deyirdim ki, hakimiyyəti təhvil vermə. Deyirlər, guya mən indiki hakimiyyətin lider olmasından ötrü əlbir olub Əbülfəz Elçibəy kimi yazıq adama qarşı çıxmışam. Hamısı mənim əleyhimə qurulmuş kampaniyadır. Əksinə, mən deyirdim ki, zülmlə qurduğumuz xalq hakimiyyətini təhvil verməməliyik. Bu, məni yandırıb-tökür. Vəziyyət elədir ki, öz yaxınlarım mənim yanımda olmaqdan qorxurlar ki, birdən mənə nəsə olsa, onlara da olar. Yəni, hətta bu vəziyyətdə belə, haqqımda mənfi düşüncələr formalaşıb, xalqın mənə münasibəti ürəkağrıdıcıdır".
827 dəfə oxundu