“Rizvan Talıbovla hüquq-mühafizə orqanları məşğul olmalıdır” – Cümşüd Nuriyev
![“Rizvan Talıbovla hüquq-mühafizə orqanları məşğul olmalıdır” – “Rizvan Talıbovla hüquq-mühafizə orqanları məşğul olmalıdır” –](/uploads/posts/2022-09/1663837360_1663836809_0001.jpg)
O, əlavə edib ki, birincisi, Azərbaycan Prezidenti deyib, bizim heç bir dövlətin torpağında gözümüz yoxdur və başqalarını da bizim ölkənin ərazi bütövlüyünə hörmət etmələrini tələb edirik. Belə bir məqamda 5-3 nəfər milli satqınların icrasıilə təxribat törədilir və bunu gündəm edirlər:
“İkincisi, xatırlayırsınızsa, Azərbaycan-Ermənistan sərhəddində ermənilərin törətdiyi son təxribatlar xaricdə outran, özlərini bloger kimi təqdim edən məfkurəsiz milli satqınlar tərəfindən Azərbaycan dövlətini Ermənistana təcavüzü kimi qələmə verildi. Və belə bir məqamda Rizvan Talıbov adlı birisi ortaya çıxır, onlara çərənləməyə, dövlətçiliyimizə çamur atmağa şərait yaradılır. Bu təsadüf ola bilməz. Bunlar vahid mərkəzdən idarə olunur. Və indiki şəriatdə Azərbaycan dövlətinə bundan böyük xəyanət ola bilməzdi.
Üçüncüsü, Qərbi Azərbaycan ziyalıları o günə qalıb ki, məişət səviyyəli bir təxribatçının alətinə çevrilirlər?
Bəllidir ki, Qərbi Azərbaycanlıların dünyaca məşhur ziyalıları var. Bunların hamısı qalıb qıraqda və heç bir səviyyəsi, düşüncəsi və məntiqi olmayan birisi birdən-birə lider olub. Bunun 5-ci kalonun layihəsi olduğu gün kimi aydındır”.
Cümşüd Nuriyev onu da əlavə edib ki, bu məsələ ilə hüquq-mühafizə orqanları məşğul olmalı və ölçü götürməlidir:
“Mən də bir vətəndaş kimi DTX-nə, Baş Prokurorluğa müraciət edirəm ki, təxribatçılar aşkarlanıb cinayət məsuliyyətinə cəlb olunsunlar”.
719 dəfə oxundu