Tiktoker "Magerramoff" da azadlığa buraxıldı

Tiktoker "Magerramoff" da azadlığa buraxıldı
Daha bir tiktoker ev dustaqlığına buraxılıb.

Lent.az xəbər verir ki, bu barədə qərar Nəriman rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qərara əsasən "Magerramoff" ləqəbli tiktoker Əmrah Məhərrəmovun həbs qətimkan tədbiri ev dustaqlığı ilə dəyişdirilib.

Qeyd edək ki, Ə.Məhərrəmov Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə təqsirli bilinib.

Bundan əvvəl "Xozeyn" ləqəbli Vüqar Kərimov, "Xan" ləqəbli Əsgər Əlizadə və Nuh Məmmədzadənin ev dustaqlığına buraxılması barədə xəbər vermişdik.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
93 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...