Elçin Cəfərov: “Avtomobilim satıb kliplərimə xərclədim”

Elçin Cəfərov: “Avtomobilim satıb kliplərimə xərclədim”“Avtomobilimi satdım, yaradıcılığıma xərclədim. Mahnılarıma, kliplərimə sərf etdim”.

Pravda.az xəbər verir ki, bu sözləri Elçin Cəfərov “Çərçivədən kənar” verilişində deyib.

Onun sözlərinə görə, Xalq artisti Aygün Kazımova da sənəti üçün hər şey edib: “Evini satıb pulu öz sənətinə yatırtmaq, sənətini sevmək və çox düzgün addımdır. Ailəvi evdə oturub söhbət edəndə dedim ki, konsert vermək istəyirəm. Dedilər, bəlkə özünə bir bağ qurasan, ondan sonra? Dedim yox, sənətim, işim budur, mən ondan zövq alacam. Konsertimə qədər kirayə bağ götürmüşəm, orada yaşayıram, məşqləri edirəm. Bunu etmək olur, ancaq o konsertin enerjisi, arzu etdiyin bir məkanda olmaq hər şeydən önəmlidir. İstər konsertimdə 10 nəfər olsun, mən onlar üçün oxuyacam. Çünki arzumdur və mən onu gerçəkləşdirirəm, həmçinin insanlar vaxtlarından, pullarından keçəcəklər və məni dinləməyə gələcəklər. Qızıl vaxtlarını mənə sərf edəcəklər, mən də onlar üçün ürəyimdən gələn mahnıları ifa etməliyəm”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
11 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...