“Borc kimi hətta 10 sentin göstərilməsinə belə razı olmayacağam” - Zelenski ABŞ-a ünvanladığı bəyanatı

“Borc kimi hətta 10 sentin göstərilməsinə belə razı olmayacağam” -
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Kiyev ABŞ ilə razılaşma çərçivəsində borcun hətta qismən ödənilməsinə belə razı olmayacaq, çünki bu, təhlükəli presedent yaradacaq.

“Report” Ukrayna KİV-ə istinadən xəbər verir ki, o, bu barədə brifinqdə bildirib.

Zelenski vurğulayıb ki, Ukrayna sənəddə ABŞ-a borclu kimi göstərilməyib.

“Borc kimi hətta 10 sentin göstərilməsinə belə razı olmayacağam”, - o qeyd edib.

Eyni zamanda Zelenski əlavə edib ki, Ukrayna təmənnasız olmağı dayandıracağı təqdirdə ABŞ-dən gələcək dəstək variantlarını müzakirə etməyə hazırdır.

“Bu, yeni reallıqdır. Hər kəs içərisində olduğumuz şəraiti anlayır - biz müharibə vəziyyətindəyik. Düşünürəm ki, biz seçim edə bilməyəcəyik”, - o söyləyib.

Qeyd olunur ki, razılaşma çərçivə xarakterlidir və ratifikasiya tələb etmir. Gələcəkdə Kiyev və Vaşinqton onun təfərrüatlarını işləyib hazırlayacaqlar ki, bu da tərəflərin imzalanmasından sonra Ali Rada tərəfindən təsdiqlənməlidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
75 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...