Ankara tələb etdi: Terrorçular bu ərazilərdən çıxarıldı

Ankara tələb etdi: Terrorçular bu ərazilərdən çıxarıldı
PKK terror təşkilatına bağlı SDQ/YPG qüvvələri Suriyanın Hələb vilayətinin Şeyx Maqsud və Tişrin rayonlarından çıxarılıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

“Suriya hökumətinə bağlı hərbi qüvvələr Tişrinə daxil olublar. YPG/SDQ terror təşkilatının lideri Fərhad Abdi Şahin rəsmi Dəməşqin Rakka və Deyr əz-Zordan da çıxmalarını tələb etdiyini açıqlayıb”, - məlumatda bildirilib.

Eyni zamanda vurğulanıb ki, terrorçular Tabqa və Hasekədən də çıxacaqlar.

Qeyd olunub ki, terrorçuların sözügedən və digər bölgələrdən çıxarılması həm də Ankaranın tələbidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
100 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...