Krım bizim ərazimizdir, Ukrayna xalqının ərazisidir – Zelenski

Krım bizim ərazimizdir, Ukrayna xalqının ərazisidir –
“Ukrayna Krımın Rusiya tərəfindən işğalını hüquqi baxımdan tanımır.”

Tribunainfo.az xəbər verir ki, Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Danışmağa heç bir mövzu yoxdur. Bu, bizim Konstitusiyamızın hüdudlarından kənardadır. Bu bizim ərazimizdir, Ukrayna xalqının ərazisidir”, – deyə o, vurğulayıb.Zelenski əlavə edib ki, Krım və digər suveren ərazilər haqqında danışmağa başlayan kimi, danışıqlar Rusiyanın istədiyi formata daxil olur.

“12 ildir müharibə aparırıq – bu artıq bir cavabdır: ümumiyyətlə Rusiya ilə razılaşmaq mümkündürmü? Bu ritorik sualdır. Rusiya ilə tez razılaşmaq mümkündürmü? Xeyr. Təzyiq olmadan – bu qeyri-mümkündür”, – deyə Zelenski bildirib.

Onun sözlərinə görə, başqa ABŞ olmaqla bütün dünya tərəfindən Rusiyaya təzyiq olmalıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
37 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...