Onlar haqda qiyabi həbs qərarı verildi

Onlar haqda qiyabi həbs qərarı verildi
Xaricdə yaşayan bir neçə bloqer və Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev barəsində qiyabi həbs tədbiri seçilib.

“Qafqazinfo”nun məlumatına görə, Baş Prokurorluğun İstintaq İdarəsində aparılan cinayət işi çərçivəsində Binəqədi Rayon Məhkəməsinə təqdim olunan təqdimatlar təmin edilib.

Məhkəmənin qərarı ilə bloqerlər Orduxan Bəbirov, Tural Sadıqlı və Elşad Abdullayev barəsində həbs tədbiri seçilib.

Bloqerlər müxtəlif cinayət əməllərində, o cümlədən dövlət əleyhinə çağırışlar, dələduzluq və digər hüquqazidd əməllərdə ittiham olunurlar. Elşad Abdullayevə isə külli miqdarda vergidən yayınma, rüşvət alma və digər ağır cinayətlərə görə ittiham irəli sürülüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
100 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...