İran Silahlı Qüvvələri Baş Qərargahının yeni rəisi də öldürüldü? – Xəbərlər yayılır

İran Silahlı Qüvvələri Baş Qərargahının yeni rəisi də öldürüldü? –
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Əbdürrəhim Musəvinin Tehranda qətlə yetirildiyi haqda məlumatlar yayılır.

Medianews.az bildirir ki, xəbər hazırda əsasən ərəb və İsrail mediasında dərc olunur.

Xatırladaq ki, dünən İran Silahlı Qüvvələrinin ədliyyə idarəsinə məxsus hündürmərtəbəli binada güclü partlayış baş verib.

1960-cı il təvəllüdlü Əbdürrəhim Musəvi 2025-ci ilin iyun ayında İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin olunub.

İran Silahlı Qüvvələrinin Əbdürrəhim Musəvidən əvvəlki Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqeri bu il iyun ayının 13-də – İsrail İrana qarşı hərbi əməliyyatlara başlayan kimi qətlə yetirilib. Məhəmməd Baqerinin İsrailin İrana endirdiyi hava zərbələri nəticəsində öldüyü elan olunub.

İranı nüvə silahı hazırlamaq niyyətində ittiham edən İsrail 2025-ci il iyunun 13-dən bu ölkəyə qarşı kəskin hərbi hava və raket hücumları aparıb. İyunun 22-də ABŞ da hava hücumlarına qoşulub, İranın əsas nüvə təsisatlarına zərbələr endirilib. İyunun 23-də atəşkəs razılığına gəlinib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
27 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...