“Azərbaycanla əlaqə qura bilməsək, günah bizdədir” - Pezeşkian

“Azərbaycanla əlaqə qura bilməsək, günah bizdədir” -
“Azərbaycan qonşu dövlət, qohumluq əlaqələrimiz olan xalqdır”.

“Qafqazinfo” “Snn.ir”ə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Zəncana səfəri zamanı deyib.

O, Azərbaycanla münasibətləri şərh edib və Bakıya son səfəri ilə bağlı tənqidlərə cavab verib:

“Necə ola bilər ki, mən ora gedib razılığa gəlmirəm? Biz onlarla qonşu ola-ola əlaqə yarada bilmirik. Necə olur ki, İsrail bunu kənardan gəlib edə bilir?”

İran Prezidenti əlavə edib ki, əgər iki qonşu ölkə arasında əlaqələr qurulmasa, məsuliyyət İran tərəfinin üzərinə düşür: “Əgər rabitə qurulmazsa, deməli, günah bizdədir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
55 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...